Şeir yazma | Bukovski

Tibetə getCharles Bukowski
Dəvəyə min
Incil oxu
Ayaqqabılarını maviyə boya
Saqqal saxla
Kağız bir qayıqla gəz dünyanı
“the saturday evening post”a abunə ol
yeməyi ağzının sol tərəfində çeynə
tək ayaqlı bir qadınla evlən
küt ülgüclə təraş ol
və qadının qoluna adını döydür
benzinlə fırçala dişlərini
bütün günü yat və gecə ağaclara dırmaş
keşiş ol
viskini pivəylə iç
başını suyun altında saxla
və skripka çal
şam işığında göbək at 
itini öldür
bələdiyyə sədrliyinə namizəd ol
çəlləyin içində yaşa
baltayla başını yar
yağışda lalə ək
Amma şeir yazma!

Müəllif: Çarlz Bukovski

Friendly Advice to a lot of Young Men
By Charles Bukowski


Go to Tibet.
Ride a camel.
Read the Bible.
Dye your shoes blue.
Grow a Beard.
Circle the world in a paper canoe.
Subscribe to «The Saturday Evening Post.»
Chew on the left side of your mouth only.
Marry a woman with one leg and shave with a straight razor.
And carve your name in her arm.

Brush your teeth with gasoline.
Sleep all day and climb trees at night.
Be a monk and drink buckshot and beer.
Hold your head under water and play the violin.
Do a belly dance before pink candles.
Kill your dog.
Run for Mayor.
Live in a barrel.
Break your head with a hatchet.
Plant tulips in the rain.

But don't write poetry.
 

16 şərh

Diamonds
Axırıncı misranı oxuyana qədər heç nə başa düşmədim. Ancaq sonuncu misranı oxuyandan sonra hər şey aydınlaşdı. =)
pascal
Niyə?
Apollon, Bukovskinin sözlərindən yaranan sualıma cavab verə bilərsən? Niyə "Şeir yazma!" deyir. :)
Apollon
Bukovski babamız deyir ki, həyatdan zövq al istədiyin qədər dəlilik et, amma şeir yazacaq həddə gələcək qədər dərdli olma :) 
Ferbara
Əla cavabdı. :))
pascal
Gözəl. :)
Ama Apollon, mən bilmirdim ki, Bukovski də babamızdı. ;) :)
istorik_c
Apollon xətrinə dəyməsin mənim bu yalançı ədəbiyyat xadimindən heç xoşum gəlmir. Onun kopyalanmış lakin orijinal kimi təqdim etdiyi fikirlərini görəndə əsəbləşirəm. Bir adam ki okeanın o tayında oturub qocalıq vaxtı şalvarının islatmağından yaza ondan hansı ağıllı fikri gözləməliyik.
_BUMERANQ_
Bukovski küçə ədəbiyyatının (underground ədəbiyyatı) ən məşhur simalarındandı. Düzü hər yazdığını rahat-rahat oxuduğum müəllif deyil. Dilində vulqarlıq, açıq-saçıqlıq çoxdu, amma maraqlı fikirləri də var.
Siz bu fikirlərin plagiat olduğunu deyirsiniz. Nəyə əsaslanırsınız ki? Maraqlıdı
istorik_c
Məsələn Bukovskinin «Xoşbəxt bir təklik, bədbəxt bir birlikdən yaranır» aforizmi. Mən Hüqonun «Səfillər»ini oxuyanda orda belə bir fikrə rast gəldim-İki bədbəxtlik birləşəndə xoşbəxtlik yaranır. Sizcə bunlar ayrı-ayrı məna verirmi? Düzü mən onun bütün aforizmlərini yığıb izah etməyə vaxt sərf etmirəm. Amma oxuduqca onun fikirlərinin müxtəlif ədəbiyyatlarda rast gəldiyimi hiss edirəm. Hər bir orijinal fikir yerində dəqiq ifadə olunmuş olursa gözəldir. Məsələn həyatın fani və qısa olduğunu bir çox mütəfəkkirlər qeyd etmişlər, amma ən yaxşı orijinal formada Həzrəti Əli söyləmişdir-«Doğulduğum gündə də öldüm»
_BUMERANQ_
Əslində lap diqqətlə araşdırsaq çox müəllifin fikirləri oxşardı, sadəcə ifadə tərzləri fərqlidi. Kimdəsə sadə alınır, kimdəsə fəlsəfi, kimdəsə orijinal. Amma bu ona dəlalət etmir ki, bu fikirlər konkret olaraq plagiatdı. 

Sadə bir misal deyim, hərdən mənim özümdə də maraqlı fikirlər yaranır, bir də görürəm hansısa mütəfəkkir eynən buna bənzər fikri artıq deyib. Hardasa belə bir fikir oxumuşdum: "Əslində, yeni heç nə yoxdu, hər şey keçmişdə deyilmişlərin zəif təkrarından ibarətdi." 

Bukovskinin yuxarıda qeyd etdiyiniz fikrinə gəlincə, o fikir əslində tam olaraq belədi: «Xoşbəxt bir təklik, bədbəxt bir birlikdən yaxşıdır.» Bu fikirlə Hüqonun fikri başqa-başqa mənalar verir artıq.
Sadəcə siz Bukovskiyə qıcıq olursunuz, oxumuyun və əsəbləşmiyin :) 
istorik_c
Baxmayaraq ki, siz fərqli düşünürsünüz mənim Bukovskiyə qıcıq olmağımı hardan çıxarırsınız? Bukovskinin həmin aforizmini də düzgün izah etməmisiz. Bizim ədəbiyyata baxışlarımız belə başa düşürəm ki, müəyyən qədər fərqlidir. Ona görə bu məsələni çox da uzatmaq istəmirəm.
Someone
oxuduqca ağlına gələn ilk fikir: — şerin adı dəlixana olsa gərək :)  bu qədər ağılsızlıq edincə, sakit oturub şer yazmaq yaxşıdır
_BUMERANQ_
sakit oturub şeir yazmaq mümkünmü?
Someone

şeri yazmamışam, dəqiq deyə bilmirəm. Amma bildiyimə görə elə esasən axşam vaxtı, təkliydə daha çox ilam gəlir şeri yazmaqa. hay -küydə ekstrim vəziyyətdə, iki daşın arasında şeri yazmaq olarmı? ))

_BUMERANQ_
«Sakit oturub» ifadəsini tam olaraq sakitcə oturub şeir yazmaq(hərfi mənada) mənasında yazmamışam. Burada sakit şeir yazmaq deyəndə onu nəzərdə tuturam ki, yəni heç bir çətinliklə üzləşmədən, mənəvi əzab çəkmədən, yazdığını hiss etmədən yazmaq demək olar ki, mümkün deyil.
gulwan
bunları eliyəndən sora inanmıram ki şeir yazmağa həvəs qala ))